Tatarıstanda milli hərəkat genişlənir

Rusları «işğalçı» adlandıran tatar jurnalistin vəzifəsi böyüdüldü

Tatarıstan televiziyasının (TNV) əməkdaşı Elmira Israfilova rusları “bu torpaqlarda işğalçı” adlandırandan sonra onun vəzifəsini yüksəldiblər. E.Israfilova televiziyada bəyan edib ki, o, tatar dilini qorumaq üçün “hər kəsin boğazını gəmirməyə hazırdır”. Indi onu tatar telekanalında prodüser vəzifəsinə irəli çəkiblər.
Elmira Israfilova Tatarıstanda milli gənclik hərəkatının lideri olmaq təklifini alıb. “Nezavisimaya qazeta”nın yazdığına görə, Israfilova “Azatlık” Tatar Gənclər Hərəkatının liderlərindən biri ola bilər. “Fikir” adlı Gənclik diskussiya klubunun son toplantısında Elmira alqışlarla qarşılanıb. Həmin toplantıda Elmira Israfilovanı “yeni Süyümbikə” (Kazan xanlığının sonuncu hökmdarı) adlandırıblar.
TNV-nin prodüseri “Azatlık” hərəkatının lideri olmaq təklifini dəyərləndirəcəyini bildirib.
Birbaşa efirdən rusları “işğalçı” adlandırdığına görə Moskvanın təkidilə Israfilovaya qarşı cinayət işi qaldırılsa da, müstəntiq onun bu bəyanatında cinayət tərkibi olmadığı barədə qərar verib.

Informasiya şöbəsi