Narışkin vəzifəsindən istefa verdi

Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey Narışkin bu vəzifədən istefa verib. Səbəb onun Dövlət Dumasına üzv seçilməsidir. Artıq Narışkinə və Rusiya baş nazirinin müavini Aleksandr Jukova deputat mandatı verilib.

Prezident Administrasiyasının rəhbəri səlahiyyətlərini isə hazırda Narışkinin birinci müavin Vladislav Surkov icra edir. Rusiya prezidentinin mətbuat katibi Natalya Timakova bildirib ki, Administrasiyaya yeni rəhbər yaxın günlərdə təyin olunacaq.
Narışkinin yeni Dumaya spiker seçiləcəyi ehtimal edilir. 2003-cü ildən bu postu tutan Boris Qrızlov ötən gün deputat mandatından imtina edib.