Fransa diplomatları müxalifətlə görüşdü

AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər dekabrın 15-də Fransa Xarici İşlər Nazirliyinin Qafqaz və Mərkəzi Asiya depatamentinin əməkdaşı Katerina Barç və Fransa səfirliyinin birinci müavini Eliza Pinyolla görüşüb.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, insan haqları, söz və mətbuat azadlığı, siyasi və vicdan məhbusları ilə bağlı məsələlər müzakirə edilib. Tərəflər Azərbaycan-Ermənistan münaqişəsinin həlli və Azərbaycanın Avropaya inteqrasiyası məsələləri ətrafında da fikir mübadiləsi aparıblar.