Müstəqilliyini itirən hakimlər nə qazanır?

Itirilən başqalarının, qazanılan isə onların həyatında görünür

Nəsimi rayon məhkəməsinin hakimi Şahin Abdullayevin adı son zamanlar mətbuatda çox hallanır. Onu sifarişli hökmlər çıxarmaqda ittiham edənlərin sayı durmadan artır. Vicdan məhbuslarına hökm çıxarılmasında da əli olan Şahin Abdullayev ondan daha əvvəl vəkil Elçin Namazovun fəaliyyətinin dondurulması ilə bağlı işə baxmışdı.Əlbəttə, Azərbaycanın məhkəmə sistemi bərbad gündədir və məhkəmələr müstəqil olmadığından sifarişli hökmlərlə heç kimi təəccübləndirmək olmur. Amma müstəqilliyini itirən məhkəmələr və hakimlər bunun əvəzində nəsə qazanmalıdırlar, axı. Ola bilməz ki, bir tərəfdən çox əhəmiyyətli bir göstəricidən məhrum olasan, o biri tərəfdən də heç nə əldə etməyəsən.Əməkdaşımız hakim Şahin Abdullayevin əldə etdiklərindən birinin haqqında fakt tapıb. Bu, hakimin Rəsulzadə qəsəbəsində tikdirməyə başladığı, demək olar, başa çatdırdığı 3 mərtəbəli villadır. Sağlığına qismət olsun. Sadəcə, günahsız insanları həbsxanaya göndərib belə bir imarətdə rahat yaşamağın sirrini də cəmiyyətin öyrənmək haqqı var. Elə deyilmi?Informasiya şöbəsi