Misirdə Mübarəkdən qalma 20000 siyasi məhbus azad edilib

Fevraldan bu yana Misirdə 20 mindən artıq siyasi məhbus azad olunub. Bu haqda Misirin rəsmi MENA agentliyi Baş nazir Kamal al-Qanzuriyə istinadən xəbər verib. Baş nazir deyib ki, siyasi məhbuslardan hələ 70 nəfəri həbsdədir.

Keçmiş prezident Hüsni Mübarəkin rəqibləri olan həmin şəxslər 1981-ci ildə ölkədə fövqəladə vəziyyət elan edildikdən sonra həbs olunmuşdular.