“Kitayski Putin” və uşaq həkimi “Obama” (FOTO/VİDEO)

İnsan cüt yaranıb deyirlər. Bu mənada hər kəsin bir oxşarı var bəlkə də. Amma məşhurlardan kiminsə oxşarı olmaq tamam başqa məsələdir. Belədə dünyanın ən ucqar yerlərində olsa da, adamı tapıb bütün dünyaya nümayiş etdirirlər. Lap ABŞ prezidenti Barak Obamaya və Rusiyanın baş naziri Vladimir Putinə oxşa yan bu adamlar kimi.

Obamanın Saratovda yaşayan oxşarı əslən Azərbaycandan olan uşaq həkimidir – Zaur Əhmədov.
Putinin oxşarını isə Çinin bir əyalətində tapıblar. Lo Yuan Pin sadə kəndlidir və ümid edir ki, Putinə bənzərliyi onun ailə-uşaq, babat dolanışıq sahibi olmasına kömək edə bilər.