“Vaxtilə Heydər Əliyevin əleyhinə gedən adamlar, ”91-lər”ə qoşulmayanlar var ki, indi YAP-ın Idarə Heyətinin üvzləridir. Belələri də var. Biz buna dözürük”. Bu sözləri YAP-çı deputat Eldar Ibrahimov “Bizim Yol” qəzetinə müsahibəsində deyib. Lakin deputat konkret ad çəkməyib. “Lazım olarsa, çəkə bilərəm” deməklə kifayətlənib.
Eldar Ibrahimov ad çəkməsə də, onun kimlərin bostanına daş atması bəllidir. YAP-ın Idarə Heyətində xüsusilə iki nəfər vaxtilə Heydər Əliyevə qarşı çıxanlar olub. Bunlar hakim partiyanın icra katibi Əli Əhmədov və onun müavini Mübariz Qurbanlıdır. Hər iki şəxs vaxtilə Milli Istiqlal Partiyasında təmsil olunub. Görünür, Eldar Ibrahimov adıçəkilən şəxslərin hazırda YAP-ın rəhbərliyində təmsil olunmasını həzm edə bilmədiyindən üstüörtülü olsa da, onlara “ilişib”.
Informasiya şöbəsi