Avropanın ən zəngin ölkəsi

Avropada 37 ölkə arasında adambaşına ən yüksək gəlir Lüksemburqdadır. 2008, 2009 və 2010-cu illərdə Avropa ölkələrində adambaşına düşən gəlirlərin müqayisəsilə bağlı təhlilin nəticələri açıqlanıb.

Məhz həmin təhlilin nəticələrindən sonra məlum olub ki, adambaşına düşən gəlirə görə Lüksemburq liderdir. Norveç, Isveçrə, Hollandiya, Irlandiya kimi Avropa ölkələri də zənginlər sırasındadır. Avropada adambaşına düşən gəlirin ən aşağı olduğu ölkə isə Albaniyadır. Bosniya və Herseqovina, Serbiya və Makedoniya da adambaşına düşən gəlirin aşağı olduğu ölkələr siyahısındadır.