Partiya qərargahına basqın olub

AXCP Cəlilabad rayon təşkilatının qərargahının qapı-pəncərələri sındırılıb

Dekabrın 10-da gecə saatlarında AXCP Cəlilabad rayon təşkilatının qərərgahına hücum olub. Qapı və pəncərəni lomla sındırıb içəri girən naməlum şəxslər oradan xeyli əşya aparıb. Bu barədə qəzetimizə məlumatı AXCP Cəlilabad rayon şöbəsinin sədri Təzəxan Mirələmli verib.
Bir neçə dəfə təxribatların olduğunu, qərərgahın pəncərələrinin sındırıldığını deyən şöbə sədri bu cür halın ilk dəfədir baş verdiyini bildirdi.
Hadisəni kimin törətdiyinə gəldikdə, T.Mirələmli konkret ad çəkməsə də, bunu hakimiyyətin addımı kimi qiymətləndirdi. Çünki son vaxtlar istər partiyanın yerli şöbəsinin, istərsə də Ictimai Palatanın ardıcıl bir neçə tədbiri məhz bu qərərgahda keçirilib. Iclasların hər birinə isə yüzlərlə fəal toplaşır. Bu da hakimiyyət təmsilçilərini narahat etməyə bilməzdi. Çox güman ki, qərargaha hücumun əsas səbəbi məhz budur.
T.Mirələmli hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək üçün sənədləri hazırladıqlarını da bildirdi: “Araşdırsınlar, görək bu oğurluqdu, ya basqındır. Paralel olaraq biz özümüz də məsələni araşdırırıq”.

Fizzə