Əli Kərimli Heydər Əliyev haqda

«O, tarixdə sülalə hakimiyyəti qurmuş, qeyri-demokratik və korrupsioner bir sistemin banisi kimi qalacaq»

Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin vəfatının dünən 8-ci ildönümü qeyd olundu. “Azadlıq” radiosunun “Heydər Əliyev yaddaşlarda necə qalıb?” sualına AXCP sədri Əli Kərimli münasibət bildirib.
Əli Kərimli deyib ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə çevriliş yolu ilə gəlib və ondan korrupsiyalaşmış, sülalə hakimiyyət idarəçiliyi miras qalıb: “Dünyada pis nümunə sayılacaq bir sistemin əsasını qoyub, hakimiyyəti vərəsəlik yolu ilə oğluna ötürüb. Zorla qəlblərdə yer tutmaq olmaz. Əməllə yer tutulmalıdır. Bu əməl də bu gün ondan ibarətdir ki, Azərbaycan dünyanın ən korrupsiyalaşmış ölkəsindən biridir, 144-cü yerdədir. Bu gün insan haqlarına hörmətə görə Azərbaycanın adı Zimbabve ilə birgə çəkilir. Ona görə də bu gün nə qədər şou təşkil olunur olunsun, tarixi saxtalaşdırmaq mümkün deyil. Heydər Əliyev tarixdə sülalə hakimiyyəti qurmuş, qeyri-demokratik və korrupsioner bir sistemin banisi kimi qalacaq”.