Saakaşvili inamlı danışdı
Gürcüstan prezidenti Mixail Saakaşvili Milli Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı rəhbərlik etdiyi ölkənin Avropaya inteqrasiyasından danışıb. Onun sözlərinə görə, Avropa psixoloji olaraq Gürcüstana tərəf cevrilib. Brüsseldə Avropa Birliyinin Gürcüstanla azad ticarət haqqında danışıqlarının başlandığını söyləyən Saakaşvili bunu ölkəsi üçün mühüm siyasi mərhələ kimi dəyərləndirib.
Saakaşvili çıxışında bildirib ki, gələcəkdə investorlar Gürcüstanda yeni müəssisələr açacaq və insanlar işlə təmin olunacaq. Gürcüstan Avropa üçün cəlbedici ölkəyə çevrilməkdədir: “Gürcüstanın Avropa Birliyinə üzvlüyü reallıqdır, Bununla razılaşmazdım, deyərdim ki, bu, uzaq perspektiv məsələsidir. Amma son vaxtlar əksər görüşlərdə eyni sözləri eşidirəm – Gürcüstan Avropa Birliyinin üzvü olacaq. Bunu Tbilisiyə səfəri zamanı Nikolya Sarkozi də demişdi. Eyni sözləri o bu yaxınlarda Marseldəki çıxışında söyləmişdi. Bütün şirnikləndirici hərəkətlərə baxmayaraq, biz hamı üçün nümunəyə çevrildik. Bu, bizim növbəti diplomatik qələbəmiz deyil, arzumuzun gerçəkləşməsinin başlanğıcıdır”.