Ərəb diktatorlarını sosial şəbəkələr yıxdı

BMT: «2011-ci ildə internet dünyada demokratiyanın yayılmasına əhəmiyyətli təsir göstərib»

BMT-nin insan haqları üzrə ali komissarı Navanethem Pilley bəyan edib ki, internet, o cümlədən sosial şəbəkələr bu il dünyada demokratiyanın yayılmasında əhəmiyyətli rol oynayıblar.
Pilley qeyd edib ki, 2011-ci ildə sadə adamlar Facebook və Twitter kimi sosial şəbəkələrin köməyi ilə bir sıra ərəb ölkələrində diktatorların devrilməsinə nail olublar. “Bu gün keçmişdəki kimi mətbuat, televiziya və həmçinin maliyyə amilləri etirazların və ya etirazların yatırılmasının televiziya ilə göstərilib-göstərilməyəcəyini, qəzetdə çap olunub-olunmayacağını müəyyən edir. Lakin, bu hadisələrin harada baş verməsindən asılı olmayaraq, indi əmin ola bilərsiniz ki, onlar Twitter, Facebook, YouTube vasitəsilə internetə yerləşdiriləcəklər”, deyə Pilley bəyan edib.