ulduz fali

Günün ulduz falı (11.12.11)

QOÇ

Təəssüf ki, ideyalarınızı dəstəkləyən yoxdur. Siz onların reallaşmasına səy göstərsəniz də, təksiniz. Gün idmanla məşğul olmaq və fəal istirahət üçün əlverişlidir. Yola da çıxa bilərsiniz. Uzun yol, hətta sükan arxasında olsanız belə, sizi yormayacaq. Günün ikinci yarısında xaricilərlə görüş gözlənilir.

BUĞA

Sakit gündür. Planlarınızın reallaşmasına heç nə mane olmayacaq. Çətin işlərə, böyük miqyaslı layihələrə başlaya bilərsiniz. Fiziki gərginlik məsləhət deyil. Bu gün idmanla məşğul olmayın.

ƏKIZLƏR

Maraqlı gündür. Yeni tanışlıq və maraqlı görüş gözlənilir. Alış-verişə çıxa bilərsiniz. Ulduzlar məsləhət görür ki, pulu yalnız özünüzə xərcləyəsiniz. Hədiyyə seçimi üçün münasib gün deyil.

XƏRÇƏNG

Yaradıcılıq baxımından əlverişli gündür. Romantik və dostluq görüşləri üçün günün ortaları daha münasibdir. Axşam saatlarını sakitlikdə keçirin ki, gələn həftəyə gücünüzü bərpa edə biləsiniz.

ŞIR

Məsuliyyətli və çətin işdə yaxşı nəticələr əldə edəcəksiniz. Bu gün ətrafdakılara kömək etmək daha çox xoşunuza gələcək. Yaşlı nəslin qohum nümayəndələri sizi dəstəkləyəcək. Amma yaşıdlarınızla dil tapmaqda çətinlik çəkəcəksiniz.

QIZ

Pozitiv və xoş gün gözlənilir. Bu gün çox enerjili və işgüzar olacaqsınız. Işgüzar xarakterli görüşlər üçün əlverişli gündür. Bu gün yaradıcılıq potensialı yüksək olmadığından yeni ideyalarınız olmayacaq.

TƏRƏZI

Maraqlı və xoş gün yaşayacaqsınız. Çox da ciddi olmayın ki, həyatdan kam almaq üçün əylənə və gününüzü şən keçirə biləsiniz. Xırda fikir ayrılığı ola bilər, amma bunu özünüzə dərd etməyin. Mənasız mübahisənin yaxınlarınızla aranızda uçurum yaranmasına imkan verməyin.

ƏQRƏB

Yeni təəssürata hazır olun. Çox həyəcanlı olacaqsınız. Çətin ki, kimlərsə sizə məqsədə çatmaqda yardım etsin. Öz qüvvənizə arxayın olmasanız belə, yeni layihələrə başlaya bilərsiniz. Romantik münasibətlərin təməlinin qoyulması baxımından əlverişli gündür.

OXATAN

Sizi böyük işlər gözləyir. Bunları başqasının üzərinə atmağa çalışmayın. Bu, məsuliyyətli addımlardan biridir. Bəxtinizin gətirəcəyinə ümid etməkdənsə, reallığı, xüsusilə də öz gücünüzü düzgün qiymətləndirin. Axşam mədəni istirahət üçün münasib vaxtdır.

OĞLAQ

Eksperimentlərə və yeni təəssürata böyük ehtiyac duyursunuz. Günün emosional mənzərəsi ürəkaçan olmayacaq. Bəzən mübahisələrə zəmin yaradacaqsınız. Yaşlı qohumlarla aranızda fikir ayrılığı olacaq. Axşama doğru səhhətiniz pisləşəcək.

DOLÇA

Bu gün çox iş görəcəksiniz. Bir sözlə, vaxtınızdan və enerjinizdən səmərəli istifadə edəcəksiz. Ətrafdakılarla da dil tapmaq asan olacaq. Böyük ehtimalla alış-verişiniz uğursuz alınacaq. Neqativ hallardan biri də maddi durumunuzun yaxşı olmamasıyla bağlıdır.

BALIQLAR

Yolda olarkən problem çıxacağı ehtimal olunur. O üzdən də evə yaxın yerlərdə piyada gəzməyiniz tövsiyə olunur. Kosmetik prosedurlar, masaj üçün də münasib gündür. Günün ikinci yarısında çoxdan başladığınız çətin işi tamamlayacaqsınız.