Türk rəqqasə Qəzzafilərin səxavətindən danışdı

“Çox comərd idilər, həm hədiyyə verdilər, həm də pul”

Türkiyənin ərəb stilində oynayan məşhur rəqqasəsi Nuran Sultan Qəzzafi ailəsi ilə tanışlığından danışıb və onların səxavətini öyüb. Təteleviziya proqramlarından birində qonaq olan rəqqasə bir vaxtlar Qəzzafi və oğullarının qarşısında necə rəqs etdiyindən də danışıb. Rəqqasə bildirib ki, Qəzzafilərin dəvətilə bir neçə dəfə Liviyada da olub. Qəzzafilərin ona yaxşı qonorar verdiyini deyən Nuran “Çox comərd idilər, həm hədiyyə verdilər, həm də pul”.
Rəqqasə bir dəfə Qəzzafilərin önündə səhərə qədər rəqs etdiyini də deyib: ”Bura gələndə gəmidə rəqs etməyimi istədilər, sabaha qədər rəqs etdim”.