Bu gün Nobel mükafatları sahiblərinə təqdim olunacaq

Sayca 110-cu təqdimat Stokholm və Osloda keçiriləcək

Bu gün İsveç və Norveç paytaxtlarında Nobel mərasimlərinin kulminasiyası – mükafatların təqdimatı, laureatlar və qonaqlar üçün bayram ziyafəti keçiriləcək. Tədbir 1986-cı il dekabrın 10-da dünyasını dəyişmiş Alfred Nobelin anım günündə baş tutacaq.

13 laureatdan 9-u mükafatı Stokholm filarmaniyasında İsveç kralı Karl XVI Qustavdan alacaq.

Fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüş mərhum Ralf Staynmanın (Kanada) mükafatını həyat yoldaşı Klodiya alacaq. Bu sahə üzrə həmçinin Bryus Boytler (ABŞ) və Jül Hofman (Lüksemdurq, Fransa) Nobeo mükafatı alacaqlar. Fizika sahəsi üzrə amerikalı alimlər Sol Perlmutter, Adam Riss, eləcə lə ABŞ və Avstraliya vətəndaşı olan Brayan Şmidt “Nobel” mükafatına layiq görülüblər.

Kimya sahəsində israilli alim Danil Şeyxtman mükafat alacaq.

Tanınmış İsveç şairi Tomas Transtremer də mükafatçılar arasındadır. O, ədəbiyyat sahəsində 1996-cı ildən bu yana mükafat alanlar arasında ilk şairdir. 80 yaşlı Tomas Transtremer ilin ən yaşlı laureatıdır. O, insult keçirdiyindən danışmır və əlil arabasında gəzməyə məhkumdur.

Amerikalılar Tomas Sarcent və Kristofer Sims isə iqtisadiyyat sahəsi üzrə mükafat alacaqlar.

Nobel sülh mükafatı Osloda təqdim olunacaq. Bu mükafata üç qadın – Liberiya prezidenti Ellen Conson-Serlf, liberiyalı hüquq müdafiəçisi Leyma Qbovi və yəmənli fəal Təvəkkül Kərman layiq gbrülüb. Norveç Nobel mükafatının bu seçimi bütün dünyanın feminist hərəkətları tərəfindən alqışlanıb.

Qeyd edək ki, bu, Nobel mükafatlarının sayca 110-cu təqdimatıdır. Hər bir sahə üzrə mükafatın məbləği 10 milyon kron (1,49 milyon dollar) təşkil edir.