Bakıda 5 kq civə tutuldu

Civə paytaxt sakinindən aşkarlanıb

Bakı sakinindən külli miqdarda civə götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 5 kq-a yaxın civə Bakı şəhər sakini Əfsun Hüseynovdan aşkar edilib. Civə Sabunçu Rayon Polis İdarəsi 15-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində götürülüb.