Əliyevin maaşı tibb bacısının maaşından 150 dəfə çoxdur

Azərbaycanda yaxşı maaş bir prezidentindir, bir də…

 

Ilham Əliyev son bir həftədə müəllimlər, həkimlər və incəsənət xadimlərinin maaşlarını 10 faiz artırdı. Bu təbəqənin əməkhaqqı kifayət qədər nəzərə çarpan formada aşağı olduğundan, artırılan 10 faiz də kiçik rəqəmlərlə ifadə edilir.
Məsələn, müəllimlərin maaşlarına əlavə edilən 10 faiz aya 21 manat 30 qəpikdir. Çünki Dövlət Statistika Komitəsinin 2010-cu ilə dair rəsmi məlumatına görə, Azərbaycanda bir müəllimin aylıq orta maaşı 213 manatdır.
Amma məsələn, prezidentin maaşı 10 faiz artırılsaydı, dövlət başçısı dekabrdan başlayaraq ayda indikindən 1500 manat çox alacaqdı. Ona görə ki, onun aylıq maaşı 15 000 manatdır.
Dövlət başçısının əməkhaqlarının artırılması sərəncamlarında 10 faizlik artım nadir faiz rəqəmlərindədir.
Təkcə bu il prezident pensiyaların 40 faiz, polis və Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının maaşlarının 30 faiz artırılması barədə sərəncam imzalayıb.
Bir çoxları bunu prezidentin daha çox hüquq-mühafizə orqanlarına güvənməsi və onların dəstəyini özünə təmin etməsi kimi izah edirlər. Amma hökumət təmsilçiləri əslində, müəllim və həkimlərin sayının çox olduğunu, buna görə də onlara artırılan 10 faiz əməkhaqqının başqa təbəqələrə verilən 30 faiz artımdan büdcəni daha çox yükə saldığını deyirlər.
Bu cür arqumentlər çəkişməsini uzatmadan rəsmi məlumatlar əsasında dövlət büdcəsindən kimlərin nə qədər maaş almaları barədə rəqəmlərə keçək.
Beləliklə, Azərbaycanda ali dövlət vəzifələrini tutanların büdcədən aldıqların aylıq əməkhaqlarının miqdarı aşağıdakı kimidir:
Dövlət Statistika Komitəsi 2010-cu ilə dair Azərbaycanda müxtəlif sahələrdə çalışanların orta aylıq əməkhaqları haqqında da rəsmi məlumat verib.
Bu məlumata görə hava yolları sahəsində orta maaşlar ən yaxşı hesab edilə bilər. Rəsmi statistikada qeyd edilir ki, Azərbaycanda hava yolları xidmətində çalışan uçuş rəhbərləri aya orta hesabla 3987 manat maaş alırlar.
Ən aşağı əməkhaqqı isə xəstələrə xidmət edən kiçik tibb bacılarındadır. Onların orta aylıq əməkhaqları 100 manat civarındadır.

 

“Azadlıq” radiosu