Səfər Əbiyev Rusiyaya gedib

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Rusiyada işgüzar səfərdədir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səfər Əbiyev rusiyalı həmkarı Anatoli Serdyukovla görüşüb.

Görüşdə Rusiya və Azərbaycan arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən Qəbələ Radiolokasiya Stansiyasının icarə şərtləri ilə bağlı müzakirələr aparılıb. Müzakirələrin davamı olaraq yaxın günlərdə Qəbələ RLS-lə bağlı Rusiya tərəfinin yaratdığı komissiyanın Azərbaycana səfəri planlaşdırılır.