Paşayevlər Azad Rəhimovu mükafatlandırdı

52 təşkilat gənclər və idman nazirinin tabeliyinə verildi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında qərar verib.ÿModern.azÿxəbər verir ki, baş nazir Artur Rasizadə imzaladığı qərarla 52 qurumu Gənclər və Idman Nazirliyinin tabeliyinə verib. Bu sıraya rayonlardakı Olimpiya Idman Kompleksləri və idman sahəsinə aid digər təşkilatlar daxildir.
Indiyə qədər rayonlardakı Olimpiya Idman Kompleksləri həmin bölgənin kurasiya edən oliqarx məmurların nəzarətində idi. Bu sıraya sağlamlıq mərkəzlərini əlavə etmək olar. Bu komplekslər və sağlamlıq mərkəzləri korrupsiya mənbəyi kimi oliqarxlar üçün əvəzsiz idi. Onları itirmək iri qazanc mənbəyini itirmək deməkdir.
Artur Rəsizadənin bu qərarının arxasında əslində Paşayevlərin öz yaxın ətrafını gücləndirməsinə xidmət edir. Biz hələ bir müddət əvvəl yazmışdıq ki, neft şirkətinin tabeliyində olan qeyri-neft sahəsinə aid təsərrüfatlar Rövnəq Abdullayevin nəzarətindən çıxarılır. Bu sıraya əsasən tibb ocaqları və mədəniyyət ocaqları daxildir. Həm səhiyyə naziri Oqtay Şirəliyev, həm də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Paşayevlərin komandasının üzvü hesab edilir. Elə bu baxımdan Rövnəq Abdullayevə təzyiq edilirdi ki, ARDNŞ-in tabeliyində olan tibb ocaqları və mədəniyyət klublarından imtina etsin. Görünür, Paşayevlər komandanın daha bir üzvünü – Azad Rəhimovu yaddan çıxarmayıblar.