Arif Vəliyev: «Bu il ÜDM-in artım tempinin 0,1-0,2% səviyyəsində olacağı proqnozlaşdırılır»
Azərbaycanda 2011-ci ilin yekunlarına görə ÜDM-in artım tempinin 0,1-0,2% səviyyəsində olacağı proqnozlaşdırılır.
Bu barədə APA-ya Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev məlumat verib. Komitə sədri bildirib ki, mütləq ifadədə ÜDM-in həcminin ilin sonunda təxminən 50 mlrd. manat təşkil edəcəyi gözlənilir.
Eyni zamanda A.Vəliyev 2011-ci ilin yekununa görə inflyasiyanın 8% səviyyəsində proqnozlaşdırıldığını qeyd edib. A.Vəliyevin sözlərinə görə, yanvar-noyabr ayları üzrə də illik inflyasiya 8%-ə bərabər olub.