QOÇ
Təəssüf ki, bu gün əlinizə götürdüyünüz işdə uğur qazanacağınıza özünüz də şübhə ilə yanaşırsınız. Xoşbəxtlikdən çətinliklər gün boyu əhvalınızı korlamayacaq. Nikbinliyiniz axşam çağı yaxınlarınıza xoş sürpriz etməyinizə zəmin yaradacaq.
BUĞA
Çox məhsuldar gündür. Istənilən işi başa çatdıra biləcəksinz. Ehtimal ki, gəlir gətirəcək sövdələşmələriniz olacaq. Bu gün ciddi səhvə yol verməyəcəksiniz. Yeni macəra, yaxud köhnə macəranın daha da inkişaf etdirilməsi üçün əla gündür.
ƏKIZLƏR
Bir balaca səbrli olsanız, faydasını görərsiniz. Bu gün yola çıxmağı planlaşdıranları uğur gözləyir. Yolda ehtimal ki, maraqlı tanışlıq olacaq və siz işgüzar təklif alacaqsınız. Romantik görüş üçün isə bu gün münasib hesab edilmir.
XƏRÇƏNG
Mötəbər şəxslərin dəstəyi sizin uğur qazanmağınızda müstəsna rol oynayacaq. Impravizə etməkdən qorxmayın, çünki düşünülməmiş addımlar bəzən sonda düzgün çıxır. Yaxşı bələd olmadığınız kəslərlə əlaqə yaratmayın. Onlarla sirrinizi paylaşmağınız yaxşı nəticə verməz.
ŞIR
Asan gün olmayacaq. Ancaq sizə də əbəs yerə “Şir” demirlər. Gec-tez özünüzdə cəsarət toplayıb hərəkətə keçəcəksiniz. Mötəbər şəxslərlə mübahisədə öz mövqeyinizdən çəkilməyin, güzəştə getməyə tələsməyin. Çünki sonda sizin haqlı olduğunuzu görəcəklər.
QIZ
Çox uğurlu gündür. Yaranmış vəziyyətdən səmərəli istifadə edin ki, əlinizdəki işləri tamamlaya biləsiniz. Çünki sabahdan situasiya pisləşməyə doğru gedəcək. Günün maliyyə mənzərəsi yaxşı olacaq. Qiymətli hədiyyə, uğurlu alış-veriş gözlənilir.
TƏRƏZI
Tədqiqat və ya təhsil üçün əlverişli gündür. Əhvalınız üçün yaxşı demək mümkün olmasa da, stabil olacağı bildirilir. Çalışın ki, hər xırda məsələdən ötrü qanınızı qaraltmayasıız. Yaxınlarınız sizin əhvalınızı yaxşılaşdırmağa çalışacaqlar. Onlar günün ikinci yarısında buna müvəffəq olacaqlar.
ƏQRƏB
Daha bir çətin gündür. Günün başlıca problemi sizin ətrafdakılarla ünsiyyət qura bilməməyinizlə bağlı olacaq. Sizin dediklərinizi onlar ya eşitməyəcək, ya da düzgün anlamayacaqlar. Maddi durum da ürəkaçan olmayacaq. Büdcə planlaşdırmasına girişməyin, çünki hesablamalarda səhvə yol verəcəyiniz ehtimal edilir.
OXATAN
Köhnə problemlərinizin həlli üçün yaxşı gündür. Günün birinci yarısı emosioanallıqla müşahidə olunacaq. Bunun nəticəsində daha əsəbi və səbrsiz olacaqsınız. Axşama doğru əhvalınız stabilləşəcək.
OĞLAQ
Istənilən işgüzar başlanğıclar üçün əla gündür. Sizin şərtləriniz altında yeni əməkdaşlıq gözlənilir. Axşam saatları dostlarla görüş üçün münasibdir. Şəxsi müstəvidəki işlərinizi qaydaya salmaq baxımından da gün məhsuldardır.
DOLÇA
Uğursuz gündür. Baş vermiş xoşagəlməz hadisənin təsirindən çıxmamış yenisi əlavə olunur. Həmkarlarınızla və müdiriyyətlə aranızda konflikt yaşanacağı ehtimal edilir. Günün ikinci yarısında əylənmək sizə nəsib olacaq.
BALIQLAR
Neytral gündür, gələcəklə bağlı planlarınızı nəzərdən keçirə bilərsiniz. Xoşagəlməz görüş gözlənilir. Maliyyə itkisi də istisna deyil. Günün müsbət tərəflərinə yüksək yaradıcılığınızı şamil etmək olar. Bunun sayəsində standart olmayan yollarla məqsədə çatacaqsınız.
Günün ulduz falı (08.12.11)
•