AXCP İntiqam Əliyevin müdafiəsində

Tanınmış hüquqşünas İntiqam Əliyevin İstanbul hava limanında üzləşdiyi zorakılıqla bağlı AXCP bəyanat verib. Partiya baş verən olayı üzüntü və təəssüflə qarşıladığını bildirir.

Bəyanatda deyilir ki, İntiqam Əliyev ölkədə və beynəlxalq aləmdə peşəkarlığı, insan hüquq və azadlığına, qanunun aliliyinə yüksək hörməti ilə seçilən ziyalılardandır. Bu səbəbdən onun hava limanında hansısa qanunu pozması inandırıcı deyil.
AXCP İntiqam Əliyevə qarşı kobudluq və ittihamların Azərbaycan cəmiyyətində birmənalı məyusluq yaratdığını vurğulayaraq, ümid edir ki, təəssüf doğran bu hal ayrı-ayrı məmurların işdir. AXCP Türk hökümətinin tanınmış ictimai xadimə qarşı edilən zokarılıq və hörmətsizliyi diqqətlə araşdırıb, bu hərəkətə görə cavabdeh olan məmurları cəzalandıracağına inamını da ifadə edir.