“Trabzonspor”: tamam, yoxsa davam?

Bu axşam Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun növbəti oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutacaq.

A qrupunun lideri “Bavariya” səfərdə “Mançester Siti”nin qonağı olacaq. Növbəti mərhələyə çıxmaq şansını saxlayan “şəhərlilər” bu görüşdə mütləq qələbə qazanmalıdır. Əks təqdirdə növbəti mərhələyə çıxmaq komandaya qismət olmayacaq. Qrupun digər qarşılaşmasında isə “Vilyareal” öz meydanında “Napoli” ilə görüşəcək. Bu oyunda “Napoli” qələbə qazanarsa, qrup ikinciliyini təmin edəcək.
Azərbaycan futbolsevərlərinin bütün diqqəti isə yenidən B qrupunda keçiriləcək oyunlara yönələcək. Burada növbəti mərhələyə çıxmaq şansını hələ də saxlayan Türkiyənin “Trabzonspor” klubu səfərdə “Lill”in qonağı olacaq. Bu görüşdə qazanılacaq bir xal da Türkiyə təmsilçisini qane edə bilər. Ancaq bunun üçün qrupun digər matçında CSKA (Moskva) “İnter”lə oyunda itirməlidir. Əks təqdirdə növbəti mərhələyə məhz CSKA çıxacaq.
C qrupunda qrup lideri “Benfika” öz meydanında “Otselul” (Qalats) klubu ilə qarşılaşacaq. Meydan sahibləri bu oyunda qələbə qazanmaqla qrup birinciliyini özləri üçün təmin edə bilərlər. Qrupun digər matçında isə “Bazel” doğma azarkeşlər önündə “Mançester Yunayted”i qəbul edəcək. İsveçrə təmsilçisi evdə əsl sürprizə imza ata bilər. Belə ki, “Bazel” qələbə qazanmaqla “Mançester Yunayted”i qrupda saxlayacaq ki, bu da meydan sahiblərini növbəri mərhələyə çıxaracaq.
D qrupunun ikincisi “Ayaks” isə doğma azarkeşləri qarşısında Madridin “Real” klubunu qəbul edəcək. Növbəti mərhələyə çıxmaq üçün Amsterdam təmsilçisini bu oyunda 1 xal da qane edir. Qrupun digər matçında isə Fransa “Lion”u Zaqrebdə “Dinamo”nun qonağı olacaq. “Lion” bu görüşdə qələbə qazanmaqla yanaşı, “Ayaks”ın da “Real”a məğlub olmasını gözləyəcək.

7 dekabr

Çempionlar Liqasının qrup mərhələsində sonuncu turun oyunları

A qrupu

23:45. “Mançester Siti” (İngiltərə) – “Bavariya” (Almaniya)
23:45. “Vilyareal” (İspaniya) – “Napoli” (İtaliya)

S

Komandalar

O

Q

H

M

Xal

1.

Bavariya”

5

4

1

0

13

2.

Napoli”

5

2

2

1

8

3.

Mançester Siti”

5

2

1

2

7

4.

Vilyareal”

5

0

0

5

0

B qrupu

23:45. “İnter” (İtaliya) – CSKA (Moskva, Rusiya)
23:45. “Lill” (Fransa) – “Trabzonspor” (Türkiyə)

S

Komandalar

O

Q

H

M

Xal

1.

İnter”

5

3

1

1

10

2.

Trabzonspor”

5

1

3

1

6

3.

Lill”

5

1

2

2

5

4.

CSKA (Moskva)

5

1

2

2

5

C qrupu

23:45. “Bazel” (İsveçrə) – “Mançester Yunayted” (İngiltərə)
23:45. “Benfika” (Portuqaliya) – “Otselul” (Rumıniya)

S

Komandalar

O

Q

H

M

Xal

1.

Benfika”

5

2

3

0

9

2.

Mançester Yunayted”

5

2

3

0

9

3.

Bazel”

5

2

2

1

8

4.

Otselul” (Qalats)

5

0

0

5

0

D qrupu

23:45. “Ayaks” (Hollandiya) – “Real” (Madrid,İspaniya)
23:45. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Lion” (Fransa)

S

Komandalar

O

Q

H

M

Xal

1.

Real” (Madrid)

5

5

0

0

15

2.

Ayaks”

5

2

2

1

8

3.

Lion”

5

1

2

2

5

4.

Dinamo” (Zaqreb)

5

0

0

5

0

6 dekabr


E qrupu

“Genk” (Belçika) – “Bayer” (Leverkuzen) – 1:1 
Qollar: Vossen, 30 (1:0), Dərdiyok, 79 (1:1)

“Çelsi” (İngiltərə) – “Valensiya” (İspaniya) – 3:0
Qollar: Droqba, 3 (1:0), 76 (3:0), Ramires, 22 (2:0)

G qrupu

“Borussiya” (Dortmund, Almaniya) – “Marsel” (Fransa) – 2:3
Qollar:
Blazukovski, 23 (1:0), Hummels, 32-pen (2:0), Remi, 45 (2:1), Ayev, 85 (2:2), Valbuena, 89 (2:3)

“Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) – 3:1 
Qollar: Dyebbour, 16 (1:0), Torrios, 36 (2:0), Benayun, 57 (2:1), Modesto, 90 (3:1)

F qrupu

“Porto” (Portuqaliya) – “Zenit” (Rusiya) – 0:0

APOEL (Kipr) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 0:2
Qollar:
Adriano, 62 (0:1), Seleznyov, 78 (0:2)

H qrupu

“Viktoriya” (Plzen, Çexiya) – “Milan” (İtaliya) – 2:2 
Qollar: Pato, 47 (0:1), Robinyo, 49 (0:2), Bıstron, 89 (1:2), Duris, 90 (2:2)

“Barselona” (İspaniya) – BATE (Belarus) – 4:0 
Qollar: Roberto, 35 (1:0), Montoya, 60 (2:0), Pedro, 63 (3:0), 83-pen (4:0)