Avropa Birliyi ölkələri İran neftinin idxalına embarqo qoyulmasına dair razılığa gəlib. Bunu Avropa Birliyinin energetika üzrə ali komissarı Qünter Öttinпer bəyan edib. “Röyters” agentliyinin verdiyi məlumata görə, Qünter Öttinпer embarqoya Rusiyanın da qoşulmalı olduğunu hesab edir. Avropa Birliyinə üzv ölkələrin hökumətləri bu qərarı İrana qarşı əlavə sanksiyaların tətbiqinin vacibliyi ilə əsaslandırır.
Avropa Birliyi İrandan sutkada 450 min barel neft alırdı. Bu isə İranın neft ixracatının 18 faizini təşkil edir.
Bundan əvvəl ABŞ İran neftini almaqdan imtina etmişdi.
İranın mərkəzi bankının aktivlərinin dondurulması və İran neftinin alınmasının dayandırılması kimi yeni sanksiyaları noyabrın sonunda Fransa təklif etmişdi.