Cevher ölür, Zazanın intiqamı necə olacaq?
“Kurtlar Vadisi Pusu” serialının 139-cu bölümündən fraqmentlər yayımlanıb. Yeni seriyada nələr olacaq?
Fenomenə çevrilmiş serialın 139-cu bölümündə Cevher ölür. İsrail casusları və PKK terrorçuları arasında işbirliyi yaranır. Kaşifoğlu isə Türkiyəni xaosa sürükləmək üçün fəaliyyətə başlayır.
Yeni seriyada Zaza Leyla Zaranın oğlu Fıratı yaxalayacaq.
Qeyd edək ki, “Kurtlar Vadisi Pusu”nun yeni seriyası dekabrın 8-də nümayiş etdiriləcək.