Məmmədyarovla Nalbandyan görüşüb

Dekabrın 5-də Vilnüsdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan açıqlama verib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk də iştirak edib.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə ediblər.

ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-da başlayacaq iclasında Dağlıq Qarabağ münaqişəsinə dair bəyanatın qəbulunun mümkünlüyü də müzakirə olunub (APA).