Bir nəfərlik avtomobillər

Tanınmış avtomobil istehsalçı olan “General Motors”un son modelləri bir və iki nəfərlik avtomobillərdən ibarətdir. EN-V adlandırılan yeni nəsil avtomobillər elektriklə hərəkət edir.

Uzaq Şərq ölkələrində nəqliyyat vasitələri arasında daha çox velosiped və motosikletə üstünlük verildiyindən üçün yeni avtomobillərin də burada böyük marağa səbəb olacağı güman edilir. Şirkətdən verilən açıqlamaya görə, ətraf mühiti çirkləndirməyən və istifadəsi son dərəcə rahat olan bu avtomobillər tıxaclar zamanı da əlverişlidir. Sözügedən avtomobil “lityum-iyon” batareyası ilə işləyir və batareyanın bir dəfə cərəyana qoşulması təxminən 40 kilometrə qədər yol qət etməyə kifayət edir.
Bu avtomobillərdə kamera da yerləşdirilib. Yaxın zamanlarda bu avtomobillərin sürətli elektrik toplamasına imkan verəcək stansiyalar da fəaliyyət göstərəcək.
Deyilənə görə, sözügedən avtomobillər son dərəcə rahatdır.