Abdullah Gülə Obama qədər hörmət qoyulub

Türkiyə prezidenti Abdullah Gülün Ingiltərəyə səfəri ona Qərb siyasi dairələrində xüsusi simpatiya bəslənildiyini sübut edib. Qeyd edəcəyimiz kiçik bir detal bu iddianın doğru olduğunu göstərən məqamlardan sayıla bilər.

Kral sarayı Bukkingemin qaydalarına görə, kraliça II Yelizavetanın ildə iki dəfə xarici qonağının sarayda qalıb gecələməsinə icazə var. Abdullah Gül bu iki qonaqdan biri oldu. O, həyat yoldaşı ilə iki gün kraliçanın sarayında gecələyib. Kraliçanın lütf göstərib birinci dəfə qonaq saxladığı şəxs isə ABŞ prezidenti Barak Obamadır.
Xatırladaq ki, Abdullah Gül 23 il fasilədən sonra kral sarayını ziyarət edən Türk rəhbərdir. Bundan əvvəl isə Kənan Evrən sarayda olmuşdu.
Kraliça özü ilk dəfə 2007-ci ildə Türkiyədə səfərə gəlib. Kraliça ilə hər iki görüş Abdullah Gülün geyiminin dəyişilməsi baxımından hadisəyə çevrilib. Birinci səfər zamanı Gül kraliçanın protokoluna əməl edərək, smokin geyinib. Bu dəfə kraliçanın sarayına girdikdə isə əynində ilk dəfə frak olub.
Qeyd edək ki, Abdullah Gül prezident andiçməsi zamanı Türkiyədə smokin geyinməkdən imtina etmişdi.

Natiq