Dekabrın 4-də Gənc Demokratlar Təşkilatının bir qrup üzvü Bakının müxtəlif yerlərində “Xural” qəzetinə dəstək aksiyası keçirib. Gənclər M.F.Axundzadə adına parkda, Malakan bağında, M.Ə.Sabir adına parkda, Fəvvarələr meydanında istirahət edən vətəndaşlara həmçinin metronun İçərişəhər, Sahil, 28 may, Elmlər Akademiyası və 20 yanvar stansiyalarından hərəkət edən qatarlardakı sərnişinlərə “Xural” qəzeti paylayıblar. “Biz bu aksiyanı qanunsuz olaraq nəşri qadağan edilmiş “Xural” qəzetinə dəstək olmaq məqsədi ilə keçirmişik. Həmçin bu aksiya ilə də Azərbaycanda demokratiyanın və söz azadlığının boğulmasına öz etirazımızı bildirmiş oluruq”, – deyə gənclr məqsədlərini izah ediblər.