Dünyanın ən bahalı avtomobil qəzası (FOTOLAR)

Yaponiyada dünyanın ən bahalı avtomobil qəzası baş verib. Ölkənin cənubundakı Kyuşu adasından Xirosimaya gedən “super lüks” avtomobil karvanı ən irəlidə hərəkət edən “Ferrari”nin idarəni itirməsi səbəbindən yaranan zəncirvari qəzanın qurbanı olub. Ümumi dəyəri 4 milyon dollara çatan karvanda 8 Ferrari, 3 Mercedes Benz CL 600, 1 Lamborghini Diablo, 1 Nissan GT-R Skyline və 1 Toyota Prius olub.
Şahidlər qəza zamanı 1 avtomobilin yolun hərəkət istiqamətinə əks getdiyini gördüklərini deyiblər.
Yaponiyanın cənub qərbindəki aşırımlı Çuqoku otobanı qəzadan sonra 400 metr məsafədə avtomobil dağıntıları ilə əhatə olunub. Xoşbəxtlikdən qəza zamanı xəsarət alan olmayıb.