Bakıda evdən külli miqdarda pul oğurlanıb. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib. Nəsimi rayonu Salamzadə küçəsi, ev 53, mənzil 29-da yaşayan Xəyal Verdizadənin mənzilinə daxil olan naməlum şəxslər, evdəki seyfdən 63 min manat (təxminən 80 min dollar) və 37 min ABŞ dolları oğurlayıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslərdən biri, 31 yaşlı Pərvanə Paşayeva tutulub. Digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Bakıda bir evdən 120 min dollar oğurlandı
•
•