Regional seçki komissiyasının məlumatına görə, Ulyanovsk vilayətində saat 12-də seçicilərin artıq 19 faizi səs verib
Yerli qanunverici orqanın deputatı Aleksandr Kruqlikov isə deyir ki, qanun pozuntusunun şahidi olub. Onun sözlərinə görə, 3 avtobus seçicinin Jeleznodorojnı rayonundan Zavoljsk rayonuna, yəni 25 km aralıya aparılmasını öz gözü ilə görüb. Avtobusların nömrə nişanı qeyd olunub. Avtobuslarda dövlət müəssisəsinin əməkdaşları da olublar. Müəssisənin başçısı Ulyanovsk şəhər dumasının deputatı Valeriy Bezrukovdur.Bundan başqa, tipik seçki pozuntuları da qeyd olunur. Məsələn, məntəqə seçki komissiyalarının sədrləri müşahidəçilərə vəsiqə verməkdən imtina edirlər.
Başqa tipik pozuntu seçici siyahılarının yoxlanmaması, ölmüş insanların səsvermədə “iştirakıdır”.
***
Moskva polisi Qırmızı Meydan rayonunda 10-dan artıq adamı saxlayıb. Onlar icazəsi aksiya keçirmək istəyiblər. Məlumatı AzadlıqRadiosunun rus xidməti verir. Saxlananlar arasında “Levıy Front” hərəkatının lideri Sergey Udaltsovun həyat yoldaşı da var. Bir qədər əvvəlsə paytaxtın başqa bölgəsində onun əri saxlanıb. Manej Meydanını hüquq-mühafizə orqanları əhatəyə alıblar. Eləcə də icazəsiz aksiya keçirilməsi gözlənən Triumfal meydanında təhlükəsizlik tədbirləri gücləndirilib. Müxalifətçi fəallar Dövlət Dumasına keçirilən seçkiləri qanunsuz sayırlar. Bəzi partiyalar seçki qeydiyyatından keçirilməyiblər.
***
Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə yerli vaxtla saat 13-dək təxminən 25.5 faiz seçici iştirak edib.
Bu barədə Mərkəzi Seçki Komissiyası xəbər verir.
450 yerlik Duma uğrunda ölkədə qeydiyyatdan keçmiş bütün 7 partiyanın namizədləri mübarizə aparırlar.
Daxili İşlər Nazirliyi ötən gün seçki qanununun pozulmasıyla bağlı 3 cinayət işi qaldırıldığını xəbər verir.
AzadlıqRadiosunun müxbiri, agentliklər və seçkidə mübarizə aparan partiyaların nümayəndələri bir sıra regionlarda pozuntulara yol verildiyini deyirlər.
AzadlıqRadiosunun Moskva müxbiri heç bir izah olmadan Mərkəzi Seçki Komissiyasının informasiya mərkəzinə buraxılmayıb, akreditasiyadan məhrum edilib.
Bundan başqa “Exo Moskvı” və “ Kommersant” qəzeti də daxil olmaqla bir sıra iri saytlar hacker hücumuyla bloklanıb.