Yol qəzasının təfərrüatları və ölənlərin şəxsiyyəti məlum olub. Baş Dövlət Yol Polis İdarəsindən Milli.az-a verilən məlumata görə, Bakı-Quba yolunun 39-cu kilometrliyində 33 yaşlı Füzuli Müslüm oğlunun idarə etdiyi “Mercedes” markalı yük maşını qarşıdan gələn 24 yaşlı Hacıyev Əli Zakir oğlunun idarə etdiyi “BMW” markalı minik maşını ilə toqquşub. Toqquşma nəticəsində “BMW”də güclü yanğın baş verib. Yanğın qısa zamanda “Mercedes”ə də keçib. Avtomobillərdə olan sürücülər də daxil olmaqla 8 nəfər yanaraq ölüb, 1 nəfər isə yaralanıb.
Ölənlərin siyahısı:
Füzuli Müslüm oğlu (“Mercedes”-in sürücsü )
Baxşıyev Nicat Dəmir oğlu (Bakı sakini, 18 yaş, “Mercedes”in sərnişini)
Hacıyev Əli Zakir oğlu (“BMW”nin sürücüsü, 24 yaş, Sumqayıt sakini )
Babayev Ramin Nadir oğlu (“N” saylı hərbi hissənin zabiti, 33 yaş, “BMW”nin sərnişini)
Səlimov Vüsal Eyvaz oğlu (Rusiya vətəndaşı, 18 yaş, “BMW”nin sərnişini)
“BMW”-də ölən 3 sərnişinin şəxsiyyəti məlum deyil.
Yaralı:
Əliyev İlkin Mehman oğlu (27 yaş, “BMW”nin sərnişini)
***
Dekabrın 4-də Azərbaycanda dəşhətli yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə saat 20 radələrində Bakı-Quba yolunun 34-cü kilometrliyində, Suiqayıt şəhərinin ərazisində baş verib. İlkin məlumatlara görə, “Mercedes” markalı yük maşını ilə BMV markalı minik avtomobili toqquşub. Toqquşmadan sonra yanğın baş verib. Nəticədə 8 nəfər yanaraq həlak olub.
Məlumatı Baş Dövlət Yol Polisi İdarəsindən də təsdiqləyiblər.
Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, yanan adamların şəxsiyyətləri məlum deyil. Onlardan 6-sı BMW-də, 2-si isə “Mercedes”də olub. Faktla bağlı araşdırma aparılır.