QOÇ
Işdə xoş ab-hava olacaq. Bu gün əhəmiyyətli nəticələr əldə edəcəksiniz. Rəqiblərinizlə yarışmadan qələbə ilə ayrılacaqsınız. Mübahisələri keçmişdə qoysanız, sevgilinizlə dil tapa biləcəksiniz. Çalışın ki, bu gününüz sakit və xoş keçsin.
BUĞA
Tale bu günə sizi elə bir adamla qarşılaşdıracaq ki, ona qarşı xüsusi hisslər keçirəcəksiniz. Günün gedişatı isə sizin yeni yola çıxmağa hazır olub-olmamağınızdan asılıdır. Dünənə qədər sizin xidmətlərinizə şübhə ilə yanaşanlar bu gün sizə hörmət göstərəcəklər.
ƏKIZLƏR
Işgüzar müstəvidə problemləriniz olacaq. Sizi pis vəziyyətdə qoyan şəxslərdən ayrılmaq zamanı gəlib. Amma bu elə də asan olmayacaq. Inadkarlıq nümayiş etdirsəniz, fitnələrə əhəmiyyət verməsəniz, bu, baş tutacaq. Bu gün acı xatirələr yada düşəcək, tərslikdən tale sizi onun günahkarlarıyla qarşılaşdıracaq. Ulduzlar intiqam almağı məsləhət görmür.
XƏRÇƏNG
Ətrafdakıların dediyinə əhəmiyyət vermədən başladığınız işi sona çatdırın. Yeni layihəyə başlayacağınız ehtimal edilir, bunun da nəticəsində gəlir əldə edəcəksiniz. Bu gün sevən “Xərçəng”lər üçün çətin olacaq. Çünki onlar gələcəklərilə bağlı həddindən artıq narahat olacaqlar.
ŞIR
Günün emosional mənzərəsi dünənki qədər ürəkaçan olmayacaq. Siz eyni vaxtda bir neçə məsələni həll etmək məcburiyyətində qalacaqsınız. Sizə təsəlli vermək istəyən bəzi şəxslər tapılacaq, amma onlar da ümid vermək üçün söz tapa bilməyəcəklər. Yalnız valideynləriniz mənəvi dəstəklə yanaşı, maddi yardım da göstərəcəklər.
QIZ
Gələcəyinizin asılı olduğu adamlar sizi izləyəcəklər. Onlar sizə qarşı heç də göründükləri kimi xoşməramlı deyillər. Bu münasibətləri dəyişə bilmək üçün çox çalışmalısınız. Şəxsi müstəvidə işlərin yaxşılığa doğru dəyişəcəyi proqnozlaşdırılır.
TƏRƏZI
Işdə uğur qazanmaq baxımından məhsuldar gündür. Rəqiblərinizə haqlı olduğunuzu sübut edəcəksiniz. Işgüzar müstəvidə nüfuzunuz yüksələcək. Həmişə öz fikrilə oturub-duran adamlar belə, bu gün sizin məsləhətlərinizə qulaq asacaqlar. Həyəcan və şübhələri kənara atmağa çalışın.
ƏQRƏB
Bir sıra maraqlı təkliflər alacaqsınız. Amma onları dəyərləndirməmişdən əvvəl yaxşı-yaxşı götür-qoy edin. Hər adama etibar etməyin, əks halda, özünüz ziyan çəkəcəksiniz. Təsadüfi görüş şəxsi həyatda ciddi dəyişikliyə gətirib çıxaracaq.
OXATAN
Qadın rəqiblərlə mübarizədə iştirak etməli olacaqsınız. Bu, sizi əsla qorxutmayacaq. Işdəki vəziyyət nə qədər yaxşı olsa, şəxsi müstəvidə də sizi bir o qədər xoş anlar gözləyəcək. Yaxınınızla aranızda mübahisə yaşanmasın deyə, bir qədər nəzakətli olmağınız tələb olunur.
OĞLAQ
Günün maliyyə mənzərəsi xoş olacaq. Gün ailə münasibətlərinin yoluna qoyulmasıyla yadda qalacaq. Hətta son zamanlar ünsiyyətdən qaçdığınız adamlarla da əlaqəni möhkəmləndirmək sizə nəsib olacaq.
DOLÇA
Büdrəmə və səhvlərə yol verəcəyiniz gözlənilir. Şəxsi problemlər sizi bezdirəcək. Çünki hər biri ciddi əhəmiyyət daşımaqla bərabər, müxtəlif səpkidədir. Özünüzü bütün problemlərin günahkarı kimi görməyin.
BALIQLAR
Maliyyə və əmlakla bağlı işlərin həlli baxımından əlverişli gündür. Yaradıcılıq bacarığınız parlaq olacaq. Sizə əziz olan adamla aranızdakı münasibətlərin harmoniyası hisslərinizi özünüz üçün aydınlaşdırandan sonra mümkün olacaq.