Bayden Türkiyəni İrana qarşı sanksiyalara çağırdı

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Türkiyəyə səfəri zamanı ölkə rəhbərliyini

İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Biden qeyd edib ki, Vaşinqton hələ də İranın nüvə proqramı ətrafında yaranmış vəziyyətin diplomatik yolla həllinin tərəfdarıdır, amma tərəfdaşlarını bu məsələdə Vaşinqtona kömək etməyə çağırır.
Birləşmiş Ştatlarla Avropa Birliyi son həftələrdə İrana qarşı sanksiyaları kəskinləşdiriblər. Türkiyə BMT-nin İrana qarşı sanksiyalarına əməl etsə də hələlik bu ölkəyə qarşı əlavə tədbirlər qəbul etməyib.