Avropa Məhkəməsi keçmiş “Azpetrol” şefi ilə bağlı qərar çıxaracaq

Dekabrın 6-da İnsan Haqları üzrə Avropa Məhkəməsində “Azpetrol” şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin şikayəti əsasında qərar çıxaracaq.

R.Əliyev 2005-ci ilin oktyabr ayında Bakı hava limanında 30 min ABŞ dolları keçirərkən saxlanılıb.
Məhkəmənin açıqlamasında deyilir ki, Rafiq Əliyev vergidən yayınma, mənimsəmə, yanacaq qaçaqmalı və digər ittihamlar əsasında təqsirli bilinərək 2007-ci ilin oktyabrında 9 il müddətinə azadlıqdan məhrum edilib.
Rafiq Əliyev isə şikayət ərizəsində iddia edir ki, onun saxlanması, həbsi və mühakimə edilməsi dövlət çevrilişi cəhdində ittiham edilmiş qardaşı, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin tutulmasından sonra ona və ailəsinə qarşı təqib kampaniyasının bir hissəsi olub.
Rafiq Əliyev iddia edir ki, onun saxlanılması və həbsi qanuna zidd olub (APA).