20 yaşlı qız ölüb, gənc oğlan isə ağır vəziyyətdə xəstəxanaya aparılıb
Bu gün Bakıda dəhşətli qətl baş verib. Nizami rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, saat 15.00 radələrində Əliağa Kürçaylı küçəsi 20 ünvanında yerləşən 238 saylı məktəbin arxasında 1984-cü il təvəllüdlü Əsgərov Ramin Vaqif oğlu odlu silahla əvvəlcə sevdiyi qızı – 1991-ci il təvəllüdlü Şahbazova Aytən Əvəzağa qızını, daha sonra isə özünün güllələyib. 20 yaşlı qız hadisə yerində ölüb.
Hadisəni törədən R.Əsgərov isə ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar başlanılıb.