İsrailin müdafiə naziri:”İrana hərbi hücum İsrailə təhlükə yaratmayacaq”

Dekabrın 1-də jurnalistlərə açıqlama verən İsrailin müdafiə naziri Ehud Barak İrana mümkün hərbi hücumdan danışıb.

“Media forum” saytının məlumatına görə, Ehud Barak deyib ki, İrana hərbi hücum İsrailə təhlükə yaratmayacaq: “Bizim hazırda belə niyyətimiz yoxdur. Zərurət olmasa, müharibəyə getməyəcəyik. Lakin hər şey şəraitdən asılıdır. Elə bir vaxt gələ bilər ki, biz buna məcbur ola bilərik.
İsrail üçün hələ üç şey dəyişməyib. Birincisi budur ki, İranın nüvə proqramı qəbuledilməzdir. İkincisi odur ki, biz bu proqramı dayandırmaq niyyətindəyik. Üçüncüsü isə odur ki, İranla bağlı bütün seçim və variantlar masa üzərindədir”.