Razi Nurullayev səfirin müavini ilə görüşüb
AXCP sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev Pakistan səfirinin müavini cənab Məhəmməd Faisal Fayyaz və səfirliyin müdafiə üzrə attaşesi ilə görüşüb. Görüşdə səfirliklə AXCP arasında daha sıx münasibətlərin yaradılması, görüşlərin intensivləşdirilməsi və hər iki tərəfi maraqlandıran bir sıra məsələlər müzakirə edilib.
Səfirlik rəsmisi bildirib ki, onlar Azərbaycanın ictimai-siyasi həyatında, vətəndaş cəmiyyəti təşkilatları və insanlarla sıx əlaqə yaratmaqda maraqlıdır. AXCP rəsmisi də öz növbəsində qeyd edib ki, azərbaycanlılar da pakistanlılara qardaş xalq kimi yanaşır və Azərbaycanın da dövlət müstəqilliyini Türkiyədən sonra Pakistanın tanıması yaddaşlardan silinə bilməz. Görüşdə razılıq əldə olunub ki, yaxın zamanlarda partiya rəhbərliyi ilə səfirlik arasında daha geniş formatda görüş keçirilsin.