Rusiyada Moskva-Bakı avtobusu aşdı

Hadisə nəticəsində ən azı 4 sərnişin yaralanıb

Rusiyanın Volqoqrad şəhəri yaxınlığında Moskva-Bakı marşrutu ilə hərəkət edən “Mersedes” markalı avtobus aşıb. Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, qəza zamanı avtobusda 50 sərnişin olub. 
Avtobus buzlu yolda sürüşüb, sürücü idarəetməni itirib. Avtobus yolun kənarına çıxaraq aşıb. 4 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölənlər yoxdur. 
Yol polisi əməkdaşları bildiriblər ki, qəza pis hava şəraiti səbəbindən baş verib: “Xoşbəxtlikdən ölən yoxdur”.