Liviyalı əsgərlər Bəşər Əsədlə savaşa yollandı

600 əsgərin Türkiyədən keçib Suriyaya getdiyi deyilir

Misirin “Əl Ray Əl Ərəbi” saytı xəbər yayıb ki, Liviyadan 600 əsgər Bəşər Əsəd rejiminə qarşı savaşda iştirak məqsədilə Suriyaya gedib. Məlumata görə, Liviyanın Milli Keçid Şurasına bağlı 600 əsgər Suriya müxalifətçilərinə dəstək olmaq üçün Türkiyə ərazisindən keçid kimi istifadə ediblər.
Sayt Misir dövlət mənbələrinə əsaslandığını iddia edərək, əsgərlərin Azad Suriya Ordusuna köməyə getməsinə Keçid Liviya Şurasının rəhbəri Mustafa Əbdülcəlilin razılıq verdiyini yazıb.
Qeyd edək ki, İngiltərə mediası da keçən həftə Liviya Milli keçid Şurası rəsmiləri ilə suriyalı müxaliflərin İstanbulda gizli bir toplantı keçirdiklərini iddia etmişdi (qafqazinfo).