Fildişi Sahili (Kot di Uvar)də ötən il keçirilən prezident seçkilərində məğlub olmasına baxmayaraq hakimiyyətdən getməkdən imtina edərək ölkəni vətəndaş müharibəsinə sürülləyən Loren Qbaqbo Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa) təslim edilmək üçün Hollandiyanın Lahey şəhərinə gətirilib.
Alassan Uattaraya qarşı silahlı mübarizəni uduzaraq bu ilin aprelində ələ keçən Qbaqbo həmin tarixdən etibarən ölkənin qərbindəki Korhogo bölgəsində həbsdə saxlanılırdı. Qbaqbo hakimiyyətdən getməyi rədd edərək aylarla davam edən və təxminən 3 min insanın öldüyü vətəndaş müharibəsinin səbəkarı olmaqda günahlandırılır.
Xatırladaq ki, ötən ilin noyabrında keçirilmiş seçkilərdə məğlub olmasına və beynəlxalq ictimaiyyətin prezident kimi tanımadığı Fil Dişi Sahilinin diktatoru Loren Qbaqbo daxili və beynəlxalq güclərin birgə müqaviməti sonrası həsb olunmuşdu. Hakimiyyətdən getmədiyi üçün BMT-nin sülhməramlı qüvvələrinin və Fransa ordusunun Qbaqbo rejiminə qarşı keçirdiyi hərbi əməliyyatlar keçirmişdi.
Daha bir diktator Haaqa məhkəməsinə göndərildi
•