“Britaniya səfirliyinə hücumla beynəlxalq ictimaiyyət təhqir olunub”

ABŞ dövlət katibi Hillari Klinton Böyük Britaniyanın İrandakı səfirliyinə hücumun beynəlxalq ictimaiyyətin təhqir edilməsi olduğunu bəyan edib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Hillari Klinton İran hökuməti səfirlikləri qorumağa çağırıb. Hillari Klinton deyib ki, ABŞ bu hücumu qınayır: “Tək britaniyalılar yox, bütün beynəlxalq ictimaiyyət təhqir olunub. ABŞ hökuməti Böyük Britaniyanın İrandakı missiyasının qorunmasına kömək etməyə hazırdır, amma İran hökumətinin bunu etməsini gözləyirik”.