cavid-ziya

Ziya Məmmədovun qudası Cavid Qurbanovu yoxlayıb

Heydər Əsədovun növbəti hədəfi Füzuli Ələkbərovla Tağı Əhmədovdur

Azərbaycan Hesablama Palatası növbəti kollegiya iclasını keçirib. Hesablama Palatasından “Qafqazinfo”ya verilən məlumata görə, iclasda Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin gəlirlərinin və xərclərinin proqnozlaşdırılması və icrasına və dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üzrə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Ismayıllı-Lahıc avtomobil yolunun və Zaqatala şəhəri ərazisində Tala çayı üzərində körpünün tikintisinə və Imişli, Salyan Yol Istismar Idarələrinə ayrılan vəsaitlərin istifadəsinə dair auditlərin nəticələri barədə Hesabat və Rəylər müzakirə olunaraq təsdiq edilib, qəbul olunmuş qərarlar barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatın verilməsi qərara alınıb.
Dövlət büdcəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatının saxlanılmasına ayrılan vəsaitlərdən və “Pensiya və sosial təminat layihəsi” üzrə Dünya Bankından hökumət zəmanəti ilə cəlb edilən kreditdən istifadəyə, dövlət əsaslı vəsait qoyuluşundan Bakı Metropoliteni üzrə “Azadlıq prospekti” stansiyasının tikintisinə və avadanlıqların alınmasına ayrılan vəsaitlərdən və “Azərtunelmetrotikinti” Açıq Səhmdar Cəmiyyəti üzrə əmlakdan və tikinti materiallarından mövcud normativlərə uyğun istifadə olunmasına dair Audit Proqramları təsdiq edilib.
Xatırladaq ki, Heydər Əsədov nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Bu baxımdan onun nəqliyyat nazirinin sağ əli hesab edilən Cavid Qurbanovu yoxlaması maraqlı görünür. Görünür, Ziya Məmmədov artıq “Azəryolservis” şefindən şübhələnməyə başlayıb.