Ukrayna prezidenti gizli eşq yaşayırmış (FOTO)

Son vaxtlar Ukraynada prezident Viktor Yanukoviçin 22 yaşlı jurnalist xanımla gizli eşq yaşadığına dair söhbətlər gəzir. Teleqraf.az Rusiya mətbuatına istinadən xəbər verir ki, prezidentin Alena Berezovskaya adlı xanımla gizli münasibətlərindən hətta Polşada nəşr olunan “Rzeczpospolita” qəzeti də məlumat yayıb. “Prezidentin Rusiya və Litvaya səfərləri zamanı Alena onu müşayət edib.

Ukrayna nümayəndə heyətinin tərkibində Yanukoviçin həyat yoldaşı olmadığından çoxları belə düşünüb ki, Alena  Ukraynanın birinci ledisidir” – qəzet belə yazıb. Amma Alenanın özü bu xəbərləri təkzib edir. Onun sözlərinə görə, yayılmış söhbətlər müxalif düşərgədəki siyasi texnoloqların işidir.  Alena onun prezidnetlə münasibətlərinə dair xəbərlərə münasibət bildirərkən maraqlı bir açıqlama da verib. “Mənim Yanukoviçlə münasibətlərim barədə Yuliya Timoşenkoya sual vermək lazımdır” deyə, Berezovskaya bildirib.Rusiya mətbuatı adi bir jurnalist xanımın dəbdəbəli həyatına və sürdüyü bahalı avtomobillərə də diqqət yönəldib.