Noyabrın 28-də axşam saatlarında İranın İsfahan şəhərində sınaq xarakterli atom reaktoru və infrastrukturu yerləşən ərazidə güclü partlayış baş verib. İran mətbuatı öncə yanacaqdoldurma məntəqəsində partlayış baş verdiyi barədə məlumat yayıb. Az sonra İslam İnqilabını Mühafizə Korpusunun təmsilçisi silah daşınması zamanı partlayış baş verdiyini bildirib. İsfahan meri isə hərbi təlimlər zamanı partlayış olduğunu söyləyib. Ümumiyyətlə, partlayışla bağlı vahid versiya yoxdur. Xəsarət alanlarla bağlı da məlumat verilməyib. Digər tərəfdən, partlayışla bağlı xəbər qısa müddət sonra xəbər FARS agentliyinin saytından da çıxarılıb. İsfahan valisinin müavini isə partlayışla bağlı onda hər hansı məlumat olmadığını söyləyib (lent.az).
İshafanda müəmmalı partlayış
•