İranın xarici işlər naziri Əli Əkbər Salehinin Niderlanda səfəri təxirə salınıb. “MEHR” agentliyinin xəbərinə görə, bu barədə İran XİN-dən bildirilib.
Səfərin təxirə salınmasına səbəb Salehinin təyyarəsinin Macarıstanın hava məkanından keçməsinə bu ölkənin razılıq verməməsi olub. Artıq Macarıstanın Tehrandakı səfirliyindən izahat tələb olunub. İran XİN səfər öncəsi hava nəqliyyatına dair iki ölkə arasında bütün razılaşmaların əldə olunmasına baxmayaraq, Macarıstanın bu addımının anlaşılmaz olduğunu bəyan edib.
Salehinin səfərində məqsəd Haaqada keçiriləcək Kimyəvi silahın qadağan olunması üzrə təşkilatın iclasında iştirak etmək olub (APA).
İranın xarici işlər naziri Niderlanda buraxılmadı
•