NDİ Azərbaycanda fəaliyyətini bərpa etdi

ABŞ Milli Demokratiya İnstitutu (National Democratic İnstitute – NDİ) Azərbaycanda fəaliyyətini bərpa edib.

APA-nın məlumatına görə, qeydiyyat məsələsi hələlik rəsmiləşməsə də, NDİ-ın fəaliyyətinə icazə verilib. Fəaliyyətini bərpa edən İnstitut artıq bir sıra layihələr, o cümlədən Gənc Liderlər Proqramını icra etməyə başlayıb. NDİ-nin rəsmi dövlət qeydiyyatı üçün tələb olunan sənədləri isə hazırda Azərbaycan Ədliyyə Nazirliyində baxışdadır. Müvafiq hüquqi prosedurların yaxın zamanlarda başa çatacağı və qurumun rəsmi qeydiyyata alınacağı gözlənilir.