Bu gün səhər saatlarından etibarən Bakı metropolitenində yaranmış problem aradan qaldırılıb. Bakı Metropolitenindən Lent.az-a verilən məlumata görə, artıq stansiyalardakı terminallarda plastik kartlara 4 gedişdən artıq yükləmək mümkündür: “Sərnişinlər plastik kartlara artıq istədikləri qədər gediş yükləyə bilərlər. Dekabrın 1-dək metroda gediş haqqı kartlardan 15 qəpik olaraq çıxılacaq, dekabrın 1-dən isə 20 qəpik olmaqla”.
Qeyd edək ki, bu gün metr stansiyalarında sərnişinlərə kartlara 4 gedişdən artıq yükləməyin mümkün olmadığını izah etmək üçün terminalların yanında Bakı Metropoliteninin əməkdaşları da dayanıb.
Metroda gediş yükləmə limiti götürülüb, amma…
•