İlham Əliyevi Şəkidə necə aldadıblar?

Bərbad vəziyyətdə olan bina dövlət başçısından ağlagəlməz üsulla gizlədilib

Ilham Əliyev Şəkiyə səfəri zamanı rayon rəhbərliyi  tərəfindən aldadılıb. Şəkinin başbilənləri Ilham Əliyevin keçəcəyi yolun üstündə olan köhnə, təmirsiz və bərbad binanı gizlətməyə çalışıblar və unikal üsul tapıblar. Onlar həmin binanın hündürlüyü və eni həcmində nəhəng parçanın üzərinə yenicə təmirdən çıxmış bina şəkli çəkiblər.
Həmin şəkli təmirsiz binanın üzərindən asıblar. Rayon rəhbərliyi binanı bu şəkildə “təmir” edərkən düşünüb ki, Ilham Əliyevin korteji sürətlə keçdiyindən ölkə başçısı fırıldağı başa düşməyəcək. Hiylə baş tutub. Lakin jurnalist Sadıq Fətəliyevin korteji olmadığına və görünür həm də şəkili olduğuna görə bu hiyləni başa düşüb və binanın “təmir” olunmuş şəklini çəkərək Facebook sosial şəbəkəsinə yerləşdirib. Modern.az saytı isə dərhal bu biabırçılığı xəbər şəklində ictimaiyyətə çatdırıb.